Stressin idarə olunması

04.02.2021-ci il tarixində məktəbin psixoloqu Ülviyyə Rzayeva stressin idarə olunması mövzusunda VII sinif şagirdlərinə təlim keçmişdir.Təlimdə psixoloq şagirdlərə stressin insan orqanizminə mənfi təsirindən danışmışdır. Bundan başqa, məktəbin psixoloqu davamlı stress altında olan orqanizmdə emosiyaların yüksəldiyini, məntiqi və yaradıcı düşünmə qabiliyyətinin itirildiyini diqqətə çatdırmış, stressə qarşı mübarizə aparmağın zəruri olduğunu bildirmişdir.Təlimdə həmçinin stresslə bağlı maarifləndirici söhbət aparmış, tövsiyələr vermiş və mövzu ətrafinda müzakirələr aparmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi