“Talasemiya- irsi xəstəlikdir” mövzusunda onlayn tədbir keçirildi

06.02.2021-ci il tarixində Microsoft Teams platformasında şagirdləri maarifləndirmək məqsədi ilə məktəb rəhbərliyinin iştirakı ilə “Talasemiya- irsi xəstəlikdir” mövzusunda onlayn tədbir keçirildi. Məktəbin həkimi Seyidova Aynurə bu xəstəlik haqqında geniş məlumat verdi, 7b sinif şagirdlərindən Hüseynova Zəhra, Əsədov Kamran, Qarayeva Zeynəb hazırladıqları təqdimatlarla çıxış etdilər, videoslayd nümayiş olundu. Məktəbin biologiya müəllimi Əsgərova Gülər talasemiyanın valideynlərdən uşaqlara gen vasitəsi ilə keçən ağır irsi qan xəstəliyi olduğunu, dünyada 250 milyondan artıq talasemiya daşıyıcısı və təxminən 300 min talasemiyalı xəstə olduğunu bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi