20 Yanvar faciəsinə həsr olunmuş şeirlərdən ibarət kompazisiya
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğının törədilməsində əsas məqsədlərdən biri istiqlaliyyət, azdlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tanklar altında əzmək idi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə lazımı qiymət verilməsi üçün 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Xalqımız bu faciəni tarix boyu unutmayacaq. 29 saylı məktəbin ibtidai sinif şagirdləri də 20 Yanvar faciəsinin otuz birinci ildönümününə həsr olunmuş şeirlərdən ibarət kompazisiyanı təqdim etdilər.