Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin flora və faunasını
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına əsasən, Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin flora və faunasını araşdırmaq məqsədi ilə məktəbin biologiya müəllimi Sevinc Hüseynzadə, 8a sinif şagirdiləri və məktəb rəhbərliyinin iştirakı ilə onlayn tədbir keçirildi. Tədbirdə Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, Xan Şuşinskinin ifasında “Qarabağ şikəstəsi” səsləndi. Şagirdlər azad olunmuş rayonlarımıza aid videotəqdimatlar hazırlayıb geniş məlumatlarla çıxış etdilər. Tədbirin sonunda məktəbin direktoru Ələkbərova Reyhan çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin davamlı siyasəti və xalqimizin zəhməti sayəsində Qarabağ Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək.