28 may-Respublika Günü

Bakı şəhəri 286 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Validə Babayeva rəhbərlik etdiyi  4 ”d” sinif şagirdləri ilə birlikdə “28 may-Respublika günü” adlı tədbir keçirdilər.

Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun qurucuları haqqında kiçik səhnəciklərlə çıxış etdilər. Onlar eyni zamanda çıxışlarında vətənə, Milli Orduya, Qarabağa aid  şeirlər, mahnılar və rəqslər də ifa etdilər.

Tədbirə rəng qatan beşyaşlıların çıxışları izləyicilərə xüsusi zövq verdi.

Keçirilən tədbirdə məktəbin direktoru Samir Mehdi-zadə, direktor müavinləri və digər fənn müəllimləri də iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi