Kiçik Akademiya

"KİÇİK AKADEMİYA" ÜZVLƏRİ AKADEMİK H.Ə.ƏLİYEV ADINA COĞRAFİYA İNSİTUTUNDAMəktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri, məktəbimizin coğrafiya müəllimi, həmçinin Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Tibbi coğrafiya” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayevanın təşkilatçılığı ilə coğrafiya müəllimi Könül Mərdanova, UBTR Vəfa Həsənova və “Kiçik Akademiya”nın üzvləri Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda keçirilən görüşdə iştirak etmişdilər. Görüşdə İnstitutun direktoru, coğrafiya elmləri doktoru, dosent, prezident mükafatçısı Zakir Eminov, “Coğrafi fikir və toponimika” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev gələn qonaqları salamlayaraq, onlara coğrafiya elmindən ətraflı söhbət açdılar. Görüşdə “Geomorfologiya və təbii risklər” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova “Dünya şəhərlərində ekoloji vəziyyət” və Solmaz Rzayeva “Azərbaycanın coğrafiyaçı alimləri” adlı təqdimatlarla çıxış etdilər. Sonda Coğrafiya İnstitutunun direktoru gələn qonaqlara kitablar hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirdi.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir. Məktəbdə 2 bölmə, Azərbaycan və Rus bölmələri fəaliyyət göstərir. 2009-cu ildə məktəb göstəricilərinə görə "İlin məktəbi" müsa...

BİZİM FƏXRLƏRİMİZ

Pərvanə Həsənova Mehman

Zülfiyyə Kufi Pərviz

HAQQIMIZDA

Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir. Məktəbdə 2 bölmə, Azərbaycan və Rus bölmələri fəaliyyət göstərir. 2009-cu ildə məktəb göstəricilərinə görə "İlin məktəbi" müsa...

BİZİM FƏXRLƏRİMİZ

Pərvanə Həsənova Mehman

Zülfiyyə Kufi Pərviz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi