Mənəvi dəyərlərimizdən bəhs edən tədbir

Məktəbimizdə ibtidai sinif müəllimi Şəlalə Quliyeva və rəhbərlik etdiyi 4 “e” sinif şagirdlərinin iştirakı ilə “Xalq mahnılarının və zərb məsəllərin məğzini araşdırmaq” və “Mənəvi dəyərlərdən bəhs edən qısa film hazırlamaq” mövzularını əhatə edən tədbir keçirildi.
Tədbirdə şagirdlər xalq mahnıları, o cümlədən zərb alətlərimiz haqqında məlumat verdilər. "Qaragilə” mahnısı və “Xudayar təsnifi” şagirdlər tərəfindən ifa olundu.
Milli-mənəvi dəyərlərimiz barədə məlumat verildikdən sonra mövzu haqqında film nümayiş olundu.