Qəbul günü

    Hörmətli valideynlər, məktəbimizdə elektron sistemlər (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-Məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) haqqında maarifləndirmə görüşü təşkil olunur.

Görüşün vaxtı və yeri:

- Gün: Həftənin cümə günü

- Saat: 15:00-dan 16:00-a qədər

Görüşdə əsasən aşağıdakı suallar cavablandırılacaq:

• I sinfə hansı yaş uşaqlar qəbul edilir?

• I sinfə şagird qəbulu hansı formada aparılır?

• Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?

• Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?

• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?

• Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?

• Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?

• Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?

• I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?

• Hansı halda şagird buraxılış imthanalarında iştirak edə bilmir?

• Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?

• Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?

• X sinfə şagird qəbulu hansı formada aparılır?

• Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi