Cəfər Cabbarlının hekayələrinin müzakirəsinə həsr olunmuş dəyirmi masa

    15.02.2024-cü il tarixdə kitabxanada 7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə görkəmli dramaturq Cəfər Cabbarlının hekayələrinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.

    Tədbirdə əvvəlcə 20-ci əsr Azərbaycan ədəbiyyatının təkamül və təşəkkülündə müstəsna xidmətlər göstərmiş nasir, teatrşünas Cəfər Cabbarlının həyatından bəhs olundu. Daha sonra şagirdlər oxuduqları hekayələrin məzmunu, toxunulan məsələlər barədə fikirlərini bölüşdülər. Tədbirin gedişində məktəbin direktoru, direktor müavini, UBTR, ədəbiyyat müəllimləri və həmçinin valideyn mütaliə vərdişlərinin artırılmasının vacibliyini vurğulayıb, şagirdlərin hər zaman fəal iştirakını tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi