Ana dili millətin ən böyük sərvətidir

21 Fevral - Beynəlxalq ana dili günü münasibəti ilə “Ana dili millətin ən böyük sərvətidir” başlığı altında 4 “e” sinif şagirdlərinin iştirakı ilə kitabxanada tədbir keçirilmişdir. Tədbirdə şagirdlər xalqın inkişafının formalaşmasında dilin vacibliyindən söhbət açıb, insanın dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm rol oynadığını bildirdilər. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır.
Şagirdlər gündəlik həyatımızda başqa dillərdə deyil, öz dilimizdə olan sözlərin vacibliyini səhnəciklə göstərdilər. Bundan əlavə, klassik şeirimizin ölməz nümunələrini yaratmış şair Molla Pənah Vaqiflə Şah Qacarın tarixi dialoqunu böyük məharətlə təqdim etdilər.