Məktəbin Şəhid məzununun xatirəsi yad edildi

    Məktəbimizin Şəhid məzunu, müzəffər ordumuzun əsgəri Hacılı Feyruz Bəhruz oğlunun bu gün anım günüdür. Feyruz Hacılı Vətən müharibəsində, ərazi bütövlüyümüzün bərpası zamanı 18.10.2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmışdır. 

    Məktəbin direktoru Samir Mehdi-zadə, müəllim və şagird kollektivi II Fəxri və Şəhidlər xiyabanında dəfn edilmiş Şəhidimizin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad etdilər. Şagirdlər Şəhidimizə həsr olunmuş şeirlər söylədilər. Feyruz Hacılı ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

    Bütün Şəhidlərimizin, o cümlədən də Feyruz Hacılının xatirəsi daim əziz tutulacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi