ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!

Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin 2024-2025-ci tədris ilində qarşıya qoyduğu prioritet məsələlərdən biri də gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu məqsədlə 27 SENTYABR ANIM GÜNÜ ilə əlaqədar olaraq məktəbimizdə "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Ordusunun 44 günlük döyüş yolu haqqında şagirdlərə məlumat verildi. Vətənin bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edildi. Bu məqsədlə məktəbimizdə ilk dərslər Anım Gününə həsr olundu: təqdimat dərslər keçirildi. Təqdimat dərslərdə şagirdlərə 44 günlük sülhə məcburetmə əməliyyatlarını şərtləndirən amillər barədə məlumat verildi. Məktəbimizdə "Anım Günü"nə həsr olunmuş divar qəzeti və rəsmlərdən ibarət sərgi yaradıldı, inşa müsabiqəsi və dəyirmi masa təşkil olundu. Şagirdlərimiz şəhidlərə hörmət və ehtiramlarını nümayiş etdirdilər.

Torpağa qan səpdin, torpaq oyandı,

Qanın çiçəklədi, bu necə qandı?

Yazdın ki, Qarabağ Azərbaycandı!

Sən elə vətənsən, vətən, ŞƏHİDİM!

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi