Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib

Sentyabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 285 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb.  Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. RİH başçısı Adil Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.  Görüş zamanı Adil Əliyev sakinləri dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər vermiş və məsələlərin nəzarətdə saxlanılmasını tapşırmışdır.   

Vətəndaşların müraciətləri əsasən məhəllədaxili yolların asfaltlanması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.  Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi