"Xocalı - Qan Yaddaşımız! "

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən məktəbimizdə xüsusi dərslər və dəyirmi masalar təşkil olunub, sinifdaxili tədbirlər keçirilib, məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib, sənədli film nümayiş olunub.

 

Təşkil edilən tədbirlər zamanı şagirdlər baş vermiş faciəyə həsr olunmuş şeirlər söyləyib, musiqilər səsləndirib, hazırladıqları müxtəlif təqdimatları, divar qəzetlərini nümayiş etdiriblər. Müəllimlər isə şagirdlərlə baş vermiş faciə ilə bağlı acı xatirələrini bölüşüblər.

 

Məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti “Ana harayı” abidəsini ziyarət edib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi