Məktəbimizdə Pilot dərsliklərin tədrisindən dərslər

  Pilot dərsliklərin tədris olunduğu 5C sinfində Ağasıyeva Könül Azərbaycan dili fənnindən “Fiziki məşqlər və insan orqanizmi“ mövzusunda kiçik mətbuat konfransı keçirmiş, şagirdlərin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Əhmədova, biologiya müəllimi Məlahət Abbasova və fiziki tərbiyə müəllimi Təranə Tanrıverdiyeva ilə görüşünü təşkil etmişdir.

     Şagirdlər idmanla bağlı hazırladıqları sualları müəllimlərə ünvanlayıblar. 

   Şagirdlərin suallarını cavablandıran müəllimlər idmanın insan orqanizmi üçün faydalarından danışıblar.

   Uşaqların idmana aid hazırladıqları posterlər, qəzetlər müəllimlərin diqqətinə çatdırılıb. Sonda 3 poster qalib seçilib. 

   Qərara alınıb ki, seçilmiş posterlərin sayı çoxaldılaraq məktəbdəki şagirdlərə paylanılsın.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi