7a sinfinin şagirdləri "1000 il sonra dünya" adlı sənədli filmi izlədilər

7a sinfinin şagirdləri "1000 il sonra dünya" adlı sənədli filmə baxıblar. 

Şagirdlər “ Planetimizin taleyi 1000 ildən sonra necə olacaq?” sualına cavab axtarıblar. Sənədli filmdə alimlərin yer kürəsinin milyon illər öncədən bu günə qədər olan iqlim dəyişiklikləri tədqiq etməsi, 1000 il sonra bizi hansı dəyişikliklərin gözlədiyi qeyd olunur. 

Yer kürəsi bəzən istiləşməyə, bəzən də bulaşmaya məruz qalmışdır. İqlim dəyişikliyi- həm insanlardan qaynaqlanan proseslərin səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Bu dəyişiklik Yer kürəsində buzlaqların əriməsinə, okean səviyyəsinin qalxmasına səbəb olur. Təkcə 2003-2009 illər ərzində Qrenlandiyada buz itkisi 1 trilyon ton olub, Antarktidada isə cənub okeanının suyunun temperaturu hər 10 ildə +2C° artır. Okean suyunun artması dünyada bir çox proseslərin dəyişməsinə səbəb olacaq.

    Yer kürəsi daim dəyişməyə davam edecek, bəzən sürətli, bəzən yavaş, çünki o dinamik planetdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi