3-cü siniflər arasında Şahmat turniri keçirildi.

Məktəbin fiziki tərbiyə müəllimi Rübabə Rüstəmovanın təşkilatçılığı ilə 21.05.2025-ci tarixində Konustitusiya və Suverenlik ilinə həsr olunmuş 3-cü siniflər arasında Şahmat turniri keçirildi. Turnirdə 3A, 3C, 3D, 3F sinifləri arasında mübarizə aparıldı. Yarışın hakimləri məktəbin fiziki tərbiyə müəllimləri Firuzə Xudiyeva və Səidə Əhmədova idi.1-ci yerə 3C, 2-ci yerə 3A, 3-cü yerə 3F, 4-cü yerə 3D sinifi layiq görüldü. Tədbirin sonunda şagirdlər kubok, medal və diplomla təltif olundular.