Ailəm və məktəbim layihəsi çərçivəsində şagirdlərlə psixoloji iş təşkil edildi

Həyatda ən böyük dayağımız, təsəlli və xoşbəxtlik mənbəyimiz ailəmizdir. Ailə bizi əhatə edən ən dəyərli dəstək sistemidir. Analarımız, atalarımız, bacılarımız, qardaşlarımız, hər zaman və hər yerdə bizimlədir, həyatın çətinlikləri ilə bir yerdədirlər. Ailə dəyərləri, ailə üzvlərinə yanaşma, onlara qarşı sevgi hər zaman şagirdlərimizin gəlbində böyük bir yeri əhatə edir. Bəzi şagirdlər olur ki sevgilərini dilə gətirməkdə çətinlik çəkir öz ana və atalarını sevdiklərini göstərə bilmirlər. Məktəbimizin psixoloqu Nurlanna Əhmədova Ailəm və məktəbim layihəsi çərçivəsində şagirdlərlə psixoloji iş təşkil etdi. Şagirdlər böyük həyəcanla öz sevgi və etiraflarını vərəq üzərinə qeyd etdilər. Psixoloq valdeynlərlə görüş təşkil edərək övladlarının fikirləri ilə tanış edəcək. Şagirdlərlə ailə haqqında geniş söhbət edildi ailə dəyərləri haqqında tövsiyələr verildi .