Firidun bəy Köçərlinin xatirəsinə həsr edilmiş "Dəyirmi masa"

    XlX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış və Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli ziyalılardan biri də Firudin bəy Köçərlidir. Görkəmli maarifçi, pedaqoq, tənqidçi ədəbiyyatşünas Firudin bəy Köçərli həyatda cəmi 57 il ömür sürmüş lakin xalqımızın mədəni inkişafı yolunda çox əhəmiyyətli işlər görə bilmişdir.

    Firidun bəy Köçərlinin xatirəsini yad etmək məqsədilə məktəbin kitabxanasında onun həyat və fəaliyyətindən bəhs edən dəyirmi masa keçirildi. “Dəyirmi masa"da kitabxananın müdiri Nuridə Quliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Məmmədova onun fəaliyyəti haqqında məlumat verdi, kitabxanaçi Nəcibə Əlili uşaqlara videoçarx nümayiş etdirdi. 7 c sinif şagirdləri bu dahi şəxsiyyət haqqında bildikləri, topladıqları məlumatları bölüşdülər. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi