Şagirlərə qədim milli idman oyunlarimiz haqqında məlumat verildi.

    Ölkəmizdə idman tarixi və qədim milli idman növləri haqqinda fiziki tərbiyə müəllimləri Rauf Xankişiyrev, Rubabə Rüstəmova uşaqlara geniş məlumat verdi. Tarix boyu Azərbaycanın xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib. Hələ qədim zamanlarda Azərbaycanda xalq oyunları sağlamlığın möhkəmləndirilməsinə, işgüzarlığın artırılmasına, hərbi hazırlığa xidmət etmişdir. Azərbaycanda cəngavərlik, igidlik, pəhləvanlıq, atçapma, qılıncoynatma, güləş, oxatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır. Novruz bayramı günü uşaq və gənclər bir sıra oyunlarla məşğul olublar ki, bu oyunları da həmin dövr üçün idman yarışları hesab edilirdi. Bunlardan çovqan, kəndirbazlıq və bir çox oyunlarımız oynanılarmış. Bu oyunların içərisində ən populyarı Azərbaycanın milli atüstü oyun növlərindən olan çovqan və yaxud çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb. Bu mövzu əsasinda şagirlərlə görüş keçirildi və qədim milli oyunlarimiz haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi