Əliyev Əmmarın uğuru Şagirdimiz Əmmar Əliyev mükafatlandırıldı Belə ki, o, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda Suraxanı rayon tam orta məktəbləri arasında keçirilmiş inşa-yazı müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görüldü.
"Zəfər yolu" tədbirində fəal iştiraklarına görə təltif olunan şagirdlər "Zəfər yolu" adlı tədbirdə fəal iştiraklarına görə bir qrup şagirdlərimiz Fəxri Fərmanla təltif olundular. Yaradıcı qabiliyyətləri ilə seçilən, daim yeniliyə can atan belə bacarıqlı şagirdlərin yetişməsində müstəsna rol oynayan məktəbin dəyərli müəllimlərinin əməyi isə təqdirəlayiqdir.
Leyla Qasımzadənin uğuru Şagirdimiz Leyla Qasımzadə "Rəqəmsal gələcəyə addım" proqramlaşdırma müsabiqəsində iştirak etdiyinə görə təltif olundu. Qeyd edək ki, o, 5-7-ci siniflər kateqoriyası üzrə iştirak etmişdir.