Nailiyyətlərimiz

Qəndabın uğuru  Dekabrın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları Afət xanım Həsənovanın, Etibar Əliyevin, Rayon Prokuroru Rəşid Mahmudovun, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Anar İbrahimovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, Şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açdı. Həmçinin, Şəhidlərimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirdi. Bayram tədbirində Milli Məclisinin deputatları Etibar Əliyev, Afət xanım Həsənova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova, 118 saylı tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva, həmçinin şəhid ailələri və qazilərimiz çıxış edərək xoş arzularını və təbriklərini çatdırdılar. Tədbir zamanı məktəbimizin istedadlı şagirdi Qəndab Məmmədova da sertifikatla mükafatlandırıldı. Tədbir sevilən ifaçıların və rəqs qruplarının təqdimatında bədii hissə ilə davam etdi.

Şagirdlər inşa-yazı müsabiqəsində mükafatlandırıldılarŞagirdlər inşa-yazı müsabiqəsində mükafatlandırıldılar

Xalqa bağışlanan ömür  Suraxanı rayon Heydər Əliyev mərkəzi və Suraxanı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda Suraxanı rayon tam orta məktəblərinin 15-17 yaş qrupu üzrə şagirdləri arasında keçirilən şeir müsabiqəsində uğur qazanan şagirdimiz təltif olundu. Belə ki, 8-ci sinif şagirdi Nağıyeva Aysu təqdim etdiyi şeirin bədiilik səviyyəsi və qiraətçilik bacarığı sayəsində 1-ci yerə layiq görüldü.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Yasin Abbaslı Vaqif

Şaiq Ələkbərov Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi