Şagirdimizin uğuruŞagirdimizin uğuru
"Yaradıcı müəllim" müsabiqəsi Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən keçirilən "Yaradıcı müəllim" müsabiqəsinin qaliblləri müəyyənləşdirilib. Məktəbimizin gənc, peşəsinə məsuliyyətlə yanaşan, yaradıcı müəllimlərindən olan Anar Əhədov da fərqlənənlər sırasında olub. Belə ki, o, müsabiqədə xüsusi fəallıq göstərdiyinə görə "Tərifnamə" ilə təltif edilib.
Gülnarə Cabbarovanın uğuru Təhsilin keyfiyyətli tədrisinə yönəlmiş yüksək fikir və ideaları ilə seçilən müəllimlərimizdən biri də informatika dərsini tədris edən Gülnarə Cabbarovadır. Dərs zamanı şagirdləri dərsə cəlb etmək, savadlı, nümunəvi şagirdlər yetişdirmək bacarığına sahib, öz peşəsini sevərək və məsuliyyətllə icra edən peşəkar müəllimlərdən olan Gülnarə müəllim bu kimi müsbət keyfiyyətlərinə görə daim mükafatlanır, seçilir və sevilir. O, bu dəfə "XXI əsrin öyrənmə dizaynı" adlı təlimdə iştirak edərək doqquz beynəlxalq sertifikatla təltif olunub. Müəllim əməyinə verilən qiymət şagirdlərin işıqlı gələcəyinə açılan bir yoldur.