Bullinq nədir?

     29 noyabr 2019-cu il tarixində məktəbin şagirdləri bullinq mövzusuna həsr olunan videoçarxla tanış oldular. Məktəbin tərbiyə işləri üzrə direktor müavini, psixoloq, uşaq birliyi rəhbəri, sinif rəhbərləri və valideynlərin iştirakı ilə keçirilən tədbirdə məqsəd şagirdləri şiddət, təhqir, istehza kimi mənfi hallarla qarşılaşdıqları zaman necə hərəkət edəcəkləri haqqında maarifləndirmək idi. Məktəbin psixoloqu bullinqin müxtəlif növləri: kiber, sosial, şifahi, psixoloji və fiziki haqqında ətraflı məlumat verdi. Şagirdlər də öz fikir və düşüncələrini dilə gətirdilər, fikir mübadiləsi etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi