"Uşaq Hüquqları" aylığı çərçivəsində tədbir

   

       20 oktyabr - 20 noyabr aralığındakı tarix ölkəmizdə "Uşaq Hüquqları" aylığı elan olunmuşdur. Aylığın keçirilməsində məqsəd BMT-nin uşaq hüquqları haqqında konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr "Ümumdünya Uşaqlar Günü" ərəfəsində azyaşlılara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə 29.10.2019-cu il tarixində məktəbin akt zalında tədbir təşkil olundu. Tədbirdə ibtidai sinif şagirdləri maraqlı repertuarla çıxış edərək öz hüquq və vəzifələrinin qorunması yollarını kompozisiyalarla nümayiş etdirdilər.

      Tədbirin sonunda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək bildirdi ki, uşaq hüquqları dövlətimiz tərəfindən tam  qorunur, uşaqlar xöşbəxt, şən və firəvan yaşayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi