“Narkamaniyaya yox deyək” mövzusunda tədbir
09.10.2019-cu il tarixində məktəbdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və Suraxanı rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən uzaq olaq” və “Narkamaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi palkovnik-leytenant Məryəm Ömərova, Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla bölmə rəisi Namiq Məmmədov, 33-cü polis bölməsinin müavini polis mayoru Elçin Rəhimov və digər əməkdaşlar mövzu ətrafında çıxışlar edərək müəllim və şagird kollektivini maraqlandıran sualları cavablandırdılar. Onlar eyni zamanda yeniyetmələr arasında hüquqpozmalara, neqativ əməllərə, zərərli vərdişlərə qarşı mübarizə mövzularında mühazirələr oxudular, maarifləndirici söhbətlər apardılar.
Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.
Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək əməkdaşlara tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirdi.