“Dəyirmi masa”
27.09.2019-cu il tarixində məktəbdə “Ümumbəşəri və multikultural dəyərlərə hörmət, humanizm ideyalarına sadiqlik nümunəsi kimi” mövzusunda “Dəyirmi masa” keçirildi. Məktəbin psixoloqu mövzu ilə bağlı çıxış etdi. Məktəblilərə ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanmasının vacibliyini vurğuladı.
Məktəbin yuxarı sinif şagirdləri dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, və inkişafı mövzusuna həsr olunan təqdimatlar etdilər. Slaydlar nümayış olundu. İnsanlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlığın daim yaşayacağını əminliklə ifadə etdilər.