“Son zəng” tədbiri
Məktəbdə təntənəli şəkildə “Son zəng” mərasimi keçirildi. Musiqi sədaları altında 11-ci sinif şagirdləri meydana daxil oldular. Məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək məzunları təbrik etdi. Onların uğurlarından söhbət açdı. Təhsil və tərbiyədə fərqlənən məzunlara “Fəxri Fərman”lar təqdim etdi. Onlara uğurlar arzuladı. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim müəllim də çıxış edərək məzunları rayon rəhbərliyi adından təbrik etdi.
“Son zəng”də çıxış edən məzunlar da doğma məktəbdən ayrıldıqları üçün kədərləndiklərini bildirdilər. Onlar bir vətəndaş kimi tərbiyə aıb, mükəmməl bilik əldə etdiklərinə görə əməyi olan bütün müəllimlərə və məktəb rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdilər.
Tədbir məzunların musiqi nömrələrini təqdim etməsi ilə başa çatdı.