“Kiçik Akademiya”nın növbəti iclası
29 may 2019-cu il tarixində məktəbdə “Kiçik Akademiya” üzvlərinin tədqiqat işlərinin təqdimatı keçirildi. Məktəbin 9 – 11-ci sinif şagirdləri dəqiq, təbiət və humanitar elm sahələrinə aid tədqiqatlar apardıqlarını nümayiş etdirdilər. 9“D” sinif şagirdi Rəcəbov İlkinin “Maqnitlə idarə olunan lift” ideyası maraqla qarşılandı.
Tədbirin sonunda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış etdi. O, şagirdlərə tövsiyə etdi ki, gələcəkdə də tədqiqat işlərini davam etdirsinlər. Onlara bu işdə uğurlar arzuladı. “Kiçik Akademiya”nın rəhbəri məktəbin coğrafiya müəllimi Əlirzayev Qafara yüksək təşkilatçılıq işinə görə təşəkkür etdi.