“Biz niyə kitab oxumuruq?” mövzusunda debat

      2019-cu il “Fəaliyyət planı”na əsaslanaraq 24.05.2019-cu il tarixində məktəbin kitabxanasında “Biz niyə kitab oxumuruq?”mövzusunda debat keçirildi.

      Belə bir tədbirin kitabxanada vaxtaşırı keçirilməsində əsas məqsəd son zamanlar kitaba olan marağın azalması səbəblərini araşdırmaq və şagirdləri mütaliəyə cəlb etməkdir.

      Tədbirdə kitab oxumağın faydaları, mütaliənin gənc nəslin tərbiyəsində,elm və savadlarının artırılmasında,dünya görüşlərinin formalaşmasında,nitq mədəniyyətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıldı.Kitab oxuyan insanların yüksək intellektual səviyyəyə malik olmaları,stres və əsəbdən, pis əməl və vərdişlərdən uzaq olmaları vurgulandı.

     Tədbir iştirakçıları kitabxanaya daxil olan yeni kitablarla da tanış oldular. Onlar oxuduqları əsərlər haqqında danışıb, şeirlər söylədilər, əsərlərdən müəyyən səhnəciklər təqdim etdilər.

     Tədbirin sonunda isə şagirdlər kitabxananın “Mən oxudum,sən də oxu!” ənənəsinə qoşularaq oxuduqları şəxsi kitabları öz aralarinda dəyişdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi