“Plasti qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda məruzə
20.05.2019-cu il tarixində məktəbdə “Plasti qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda məruzə keçirildi. Qeyd olundu ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur.