“Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş əsərlərin oxusu və müzakirəsi” mövzusunda disput

         18.04.2019-cu il tarixində məktəbdə “Müasir dövrdə ümumtəhsil şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi” ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-u il üçün fəaliyyət planı əsasında “Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş əsərlərin oxusu və müzakirəsi” mövzusunda 8-ci siniflər arasında disput keçirildi. Disputda bütün həyatlarını gerilik, nadanlıq, cəhalət içərisində bogulan xalqını elmə, savada yiyələndirməyə çalışan ölməz sənətkarlarımızın əsərlərindən parçalar səsləndi. Yeni tipli satiranın banisi hesab edilən M.Ə.Sabirin elmi, savadı, oxumağı belə az qala kafirlik hesab edən nadanları tənqid edən “Oxutmuram, əl çəkin”, “Əhvali – pürsanlıq”, “Catlayır, xanbacı, qəmdən ürəyim” satiraları, C.Məmmədquluzadənin cəhalətə qarşı “atom bomba”sı gücünə malik “Ölülər” əsərindən İskəndərin monoloqu, M.F.Axundovun, N.Vəzirovun geriliyi, cəhaləti tənqid edən əsərlərindən söylənilən nümunələr şagirdlər tərəfindən məharətlə səsləndi və geniş müzakirə olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi