“Kiçik Akademiya”nın təsis konfransı
27.02.2019-cu il tarixində məktəbdə müəllim və şagirdlərin iştirakı ilə “Kiçik Akademiya”nın təsis konfransı keçirildi. Məqsəd elmi tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda dünya görüşünün formalaşdırılması istiqamətində fəaliyyətin təşkili, həmin şagirdlərin gələcəyə dair seçimlərində yüksək önəm kəsb etməkdir. Konfrans zamanı “Kiçik Akademiya”nın təsis edilməsi ilə bağlı təçkilatı işlər yerinə yetirildi. “Kiçik Akademiya”nın prezidenti və vitse prezidenti seçildi. Şagirdlər elmi cəmiyətin sədri və onun muavinlərini səs vermə yolu ilə seçdilər.
İldə iki dəfə “Kiçik Akademiya”nın fəaliyyəti barədə hesabat verilməsi haqda qərar verildi.
Müəllim və şagirdlər tərəfindən “Kiçik Akademiya”nın yaradılması yüksək ruh yüksəkliyi ilə qarşılandı.