Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan dərslər
26.02.2019-cu il tarixində məktəbdə dərslərin 1-ci saatı Xocalı soyqırımının 27-ci ildönümünə həsr olundu. Bütün siniflərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Şagirdlər Xocalıda baş verən dəhşətli soyqırım haqqında faktlar söylədilər. Onların çıxışlarında o gecənin dəhşətləri bir daha göz önündə canlandı. Bu faciəni heç vaxt unutmayacaqlarını bildirdilər. Tezliklə şəhidlərimizin intiqamının alınacağına inandıqlarını ifadə etdilər.