Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya

      22.02.2019-cu il tarixində məktəbin akt zalında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər təqdim etdikləri “Ana fəryadı” adlı səhnədə soyqırımın dəhşətləri göz önündə canlandı. Vətənpərvərlik mövzusunda şeirlər, “Ana, mən şəhid oldum”, “Cənab leytenant” mahnıları məktəblilərin ifasında səsləndi.

      Tədbirin sonunda çıxış edən məktəbin direktoru Məlahət xanım Əliyeva bu dəhşəti “Əsrin faciəsi” adlandırdı. Zaman – zaman torpaqlarımızın qəsbkarlar tərəfindən işğal olunduğunu şagirdlərin nəzərinə çatdırdı. O qeyd etdi ki, artıq bizim qüdrətli dövlətimiz, güclü ordumuz vardır. İnanırıq ki, tezliklə torpaqlarımız düşmən tapdağı altından azad olacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi