“Heydər Əliyevin irsinin öyrənilməsi”
Bakı şəhəri Təhsil İdarəsinin göstərişinə əsasən Ümumilli Lider “Heydər Əliyevin irsinin öyrənilməsi” məqsədi ilə 14.02.2019-cu il tarixində 285 №li məktəbdə növbəti açıq dərs keçirildi. Tədbirdə 278, 275, 290 №li məktəblərin yuxarı sinif şagirdləri iştirak etdi. Məktəbimizin direktoru Məlahət xanım Əliyeva “Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı” mövzusunda geniş məruzə etdi.