Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi
28.11.2018-ci il tarixində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məktəbimizin direktoru Məlahət xanım Əliyeva qurultayda iştirak etdi və “Tərəqqi” medalı ilə təltif olundu. Bu münasivətlə məktəb kollektivi Məlahət xanımı təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.