“Ölkəmizi tanıyaq” tur-aksiyası

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
       “Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 18 noyabr 2018-cil tarixdə Suraxanı məktəblilərinin Lənkəran-Masallı-Lerik istiqaməti üzrə təntənəli yolasalma mərasimi olmuşdur. Məktəbimizin 11A sinif şagirdi Məmmədova Zümrüd və 11B sinif şagirdi Güllməmmədov Xəyal tur-
aksiyada iştirak etdilər.

       Aksiya iştirakçıları əvvəlcə  Ümummilli Liderin Heydər Əliyev parkında  ucalan abidəsini ziyarət etdilər və önünə gül dəstələri düzdülər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. 

       Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik istiqamətində yola düşdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi