Şəhid Aydın Abdullayevə həsr edilən kitabın təqdimatı
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində məktəbimizin məzunu olmuş şəhid Aydın Abdullayevə həsr edilən kitabın təqdimatı keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, şəhidin yaxınları, məktəbimizin müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlər şəhidə həsr olunan geniş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Tədbirin sonunda məktəbimizin direktoru Məlahət xanım Əliyeva çıxış etdi. O bildirdi ki, vətən uğrunda canlarını qurban verən oğullar heç vaxt ölmür. Onların xatirəsi qəlblərdə yaşayır və əbədi olaraq yaşayacaqdır. Biz məktəbimizin yetirməsi olan Aydın kimi oğullarla fəxr edirik. İnanırıq ki, igid əsgərlərimiz tezliklə işğal altında qalan torpaqlarımızı azad edəcəklər. Şəhidlərimizin qanı yerdə qalmayacaqdır.