18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Oktyabr ayının 18-də məktəbin akt zalında şagirdlərin təqdimatında Azərbaycan Respublikasının Müstəqilliyinin 27-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəb kollektivi və valideynlər də iştirak etdi. Şagirdlər vətənimizin müstəqilliyinə dair şeirlər söyləmış, çıxışlar etmişlər. Tədbir gedişatında bununla bağlı mahnılar səslənmiş və saz çalınmışdır.
Tədbirin sonunda məktəbimizin direktoru Məlahət xanım Əliyeva Azərbaycan Respublikasının Müstəqillik günü haqqında, Vətənimizin suverenliyi, ölkəmizin ərazi birliyi, dövlətimizin qabaqçıl, uzaqgörənliyi haqqında çıxış etmişdir.