Təhsil işçilərinin təltifi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Fəxri fərman və hədiyyələrlə təltif edildilər.
Bu münasibətlə keçirilən tədbirdə məktəbimizin direktoru Məlahət xanım Əliyeva da iştirak etdi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan dövləti həmişə təhsil işçilərinə böyük qayğı və diqqətlə yanaşıb. Ümummilli liderimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəllimlərin rifah halının yaxşılaşdırılması və təhsilin inkişafı istiqamətində mühüm qərarlar qəbul edib.
Tədbirdə təhsildə səmərəli fəaliyyətinə,işgüzarlığına görə məktəbimizin direktoru Məlahət xanım Əliyevanın əməyi yüksək qiymətləndirildi. Ona, BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyəsi təqdim olunub.