21 sentyabr – “Beynəlxalq Sülh Günü”
18 sentyabr 2018-ci il tarixində məktəbdə 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ilə əlaqədar sülh və insan hüquqları mövzusunda ana dili və ədəbiyyat, tarix müəllimləri şagirdlərin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı seçkiliyin qadağan edilməsi, sülh və dözümlük mədəniyyətini təbliği məqsədi ilə söhbətlər apardılar.
“Sülh aylığı”nın mahiyyəti, Beynəlxalq Sülh Gününün qeyd edilməsini zəruri edən səbəblər haqqında şagirdlərə məlumat verildi. Bütün dünyanın, bütün xalqların və dövlətlərin sülhə böyük ehtiyacı olduğu qeyd olundu. Yaşadığımız dünyada bəzi ölkələrdə gedən müharibələr, münaqişə ocaqlarının artması insanları ən çox narahat edən məsələlər olduğu qeyd olundu. “Nə üçün sülh bizim ölkəmizə daha çox lazımdır?” sualına şagirdlər cavab verdilər. Onlar Qarabağ müharibəsindən, tirpaqlarımızın işğal altında qalmasından, insanların əsir düşməsindən, qaçqın həyatına məhkum olmasından, igid oğullarımızın vətən uğrunda şəhid olmasından ürək aörısı ilə söz açdılar. Buna görə də münaqişənin başa çatmasını, tezliklə sülh bağlanmasını, əmin-amanlığa ehtiyac olduğunu bildirdilər. Ailədə, cəmiyyətdə, dövlətdə sülhün vacibliyi diqqətə çatdırıldı.