AXC-nin 100 illiyinə həsr olunan dərslər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda V – IX siniflərdə mühazirə dərsləri keçirilmişdir.

1. Məktəbin tarix müəllimi Məmmədova Sahilə 9-cu sinifdə “AXC dövründə dövlət quruculuğu” mövzusunda dərs keçdi. Türk dilinin dövlət dili kimi qəbul edilməsi, Milli Ordunun yaranmasından söz açdı.

2. Məktəbin tarix müəllimi Məmmədova Mehriban 9c sinfində “AXC demokratik respublikadır” mövzusunda dərs keçdi. Şagirdləri maraqlandıran suallara ətraflı şəkildə cavab verdi. 9 Noyabr üçrəngli bayrağımızın dövlət atributu kimi qəbul olunmasından danışdı.

3. Məktəbin tarix maəllimi Hüseynova Sara 8c sinfində “AXC dövründə nazirlərimiz” mövzusunda dərs keçdi. Həmin dövrdə hərbi nazir kimi fəaliyyət göstərən F.Xoyski haqqında ətraflı məlumat verdi.

4. Məktəbin tarix müəllimi Əliyeva Sevinc rus bölməsinin 9d sinfində “AXC dövründə ordu quruculuğu” mövzusunda dərs keçdi. Dərsdə valideyn və müəllimlər də iştirak etdilər. O, 26 İyun Milli Ordunun yaranması haqqında  mühazirə oxudu.

5. Məktəbin tarix müəllimi Əliyeva Dilbər 5c sinfində “AXC dövründə təhsil və maarif məsələləri” mövzusunda dərs keçdi. Dərsdə şagirdləri maraqlandıran suallara ətraflı cavab verdi. Xalq Maarif Nazirliyinin yaranmasından, məktəblərin milliləşməsindən, gənclərin xarici ölkələrə təhsil almaq üçün göndərilməsindən danışdı.

6. Məktəbin tarix müəllimi İsayeva Gülnarə 6b sinfində “AXC-nin yaranması və süqutu” mövzusunda dərs keçdi. 23 ay yaşayan müstəqil dövlətimizin böyük siyasi və mədni işlərin həyata keçirməsindən söhbət açdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyasının yaşatdığını bildirdi.

7. Məktəbin tarix müəllimi Əsgərova Reyvə 8d sinfində “AXC dövründə səhiyyə” mövzusunda mühazirə dərsi keçdi. Dərsdə şagirdləri maraqlandıran suallara ətraflı cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi