“Biologiya və coğrafiya fənn aylığı”
May ayının 18-də məktəbin akt zalında “Biologiya və coğrafiya fənn aylığı” çərçivəsində ədəbi-bədii gecə keçirildi. Şagirdlər coğrafiya fənninə aid maraqlı çıxışlar etdilər. Materiklər haqqında göstərilən səhnəçiklər, “Ayların dəyişməsi”, 7-ci sinif şagirdinin Azərbaycanın təbiətini əks etdirən şeiri dinləyicilərin marağına səbəb oldu.
“Gənc bioloqlar”ın göstərdikləri “Meyvələrin söhbəti”, 8-ci sinif şagirdlərinin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasından kiçik bir səhnənin təqdim etməsi fənlərarası inteqrasiyanın bariz nümunəsi idi. Tədbir Azərbaycanı tərənnüm edən mahnıların söylənilməsi ilə başa çatdı.