Narkomaniyaya “YOX” deyək
11.05.2018-ci il tarixində məktəbimizdə “Narkomaniyaya YOX deyək - sağlam vərdişlər, sağlam gələcəyin əsasıdır” mövzusunda görüş keçirildi. Görüşdə Suraxanı rayonunun polis rəisi polkovnik Namiq Həsəniv, narkotiklər ilə mübarizə bölməsinin rəisi polis mayoru Səməd Şıxlı, yetkinlik yaşına çatmayanlarla iş bölməsinin polis mayoru Namiq Abbasov, 33-cü polis bölməsinin rəisi Tuncay Abbasov və Bakı şəhəri Narkoloji dispanserin sədri Fəzail Sadıqlı iştirak etdilər. Məktəbimizin 8, 9, 10-cu sinif şagirdləri görüşdə fəalllıq göstərtdilər.