Əhmədova Nərmin Mətləb qızının qələbəsi
4 may 2018-ci il tarixində Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramov, Baş Nazirin birinci müavini Əli Əhmədov, Milli Məclisin sədrinin müavini Bahar Muradova, Bakı şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Milli Məclisin deputatları və səlahiyyətli şəxslər iştirak edirdi. Hörmətli Təhsil Naziri Ceyhun Bayramov, Baş Nazirin birinci müavini Əli Əhmədov, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Respublika Azad Həmkarlar Konfederasiyasının sədri Səttar Mehralıyev cənabları dərin məzmunlu nitq söylədilər. Məktəbimizin 10a sinif şagirdi Əhmədova Nərmin Mətləb qızı Tərifnamə ilə təltif edildi. Onu kollektiv adından təbrik edirik, ona yüksək zirvələr arzulayırıq.