Atəşgah məbədində keçirilən Novruz şənliyi

Məktəbimizin müəllim və şagird kollektivi baharın müjdəçisi olan Novruz bayramına yüksək əhval-ruhiyyə ilə hazırlaşmışdır. Odlar yurdunun rəmzi qədim Atəşgah məbədində təntənə ilə keçirilən şənlikdə məktəbimizin şagirdləri novruz adətlərini nümayiş etdirdilər. 5-ci sinif şagirdləri gözəl saz havaları təqdim etdilər. Məktəbimizin şagirdi Orxanın ifasında baharı tərənnüm edən mahnılar səsləndi. 8-ci sinif şagirdləri Səməd Vurğunun “Vaqif” dramından bir səhnəni ölməz şairin doğum gününə ərmagan etdilər. Şagirdlərimizin çıxışına Suraxanı rayon rəhbərliyi və tamaşaçılar maraqla izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi