21 Fevrl Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Dəyirmi masa”
Məktəbin fəaliyyət planına uyğun olaraq 21 Fevrl Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Dəyirmi masa” təşkil olundu. Məktəbin 8-ci sinif şagirdləri S.Vurğunun “Vaqif” dramından bir səhnəni təqdim etdilər. Ana dilimizin gözəlliyindən, saflığından bəhs edən şeirlər söylədilər. Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək iştirakçılara öz minnətdarlığını bildirdi.