“Xocalıya gedən yol” mövzusunda “Dəyirmi masa”
Məktəbin fəaliyyət planına uyğun olaraq 20.02.2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Dəyitmi masa” təşkil olundu. Rus bölməsinin müəllim və şagirdlərinin iştirakı ilə “Xocalıya gedən yol” mövzusu ətrafında müzakirə keçirildi. Şagirdlər faciə qurbanlarının xatirəsinə həsr olunan şeirlər söylədilər. Tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inam hissini ifadə etdilər.