Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir - 10.12.2015

Dekabr ayının 10-da Bakı şəhəri P.İsmayılov adına 278 nömrəli məktəbdə Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəbimizin şagirdləri dünya şöhrətli siyasətçi H.Əliyevin ömür yoluna həsr olunan şeirlər söylədilər, mahnılar ifa etdilər. Ekranda əbədiyaşar liderin həyatını və fəaliyyətini əks etdirən kadrlar nümayiş etdirildi. Tədbirin sonunda məktəbimizin direktoru Məlahət xanım Əliyeva çıxış edərək ulu öndər haqqında öz ürək sözlərini söylədi.Tədbirin video görüntüsünə bu linkdən baxa bilərsiz: https://www.youtube.com/watch?v=k0goZFnASvI
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi